ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SİNİF TƏŞKİLAT SAATI

        

     Bu gün Azərbaycanda Anım Günüdür.Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən , ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini , bütün şəhidlərini dərin ehtiramla anır !

    27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək , ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli , Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi - siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu , milli ruhumuzun , milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir.

    Bu tarixi şagirdlərə aşılamaq məqsədi ilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə sinif təşkilat saatları keçirildi.Təşkilat saatında şagirdlərə Anım Günü ilə bağlı məlumatlar verildi , videoçarxlar izlənildi.Məktəblilər şəhidlərimizin əziz xatirəsini böyük bir ehtiramla yad etdilər və öz təəssüratlarını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi