20 SENTYABR SUVERENLİK GÜNÜ . SEPARATİZMƏ SON !
44 günlük zəfər tarixinin davamı olan Antiterror əməliyyatı Azərbaycanın hərb tarixinə yeni bir zəfər yazdı.2023 - cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində terror hücumları törətdi.Erməni kəşfiyyat - diversiya qrupları tərəfindən Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər , Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bu təxribatların qarşısının alınması , Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun qarşısında dura bilməyən düşmən 23 saat 43 dəqiqə ərzində ağ bayraq qaldırmağa məcbur oldu. 2024 - cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 20 Sentyabr - Azərbaycan Respublikasının Suverenliyi Gününün elan olunması ilə bağlı sərəncam imzalandı.
Bu münasibətlə əlaqədar olaraq , Azərbaycan Respublikasının Milli Qəhrəmanı İlqar Mirzəyev adına tam orta məktəbin tarix müəllimi Günel Süleymanlının təşkilatçılığı ilə 9A sinfində Suverenlik Gününə həsr olunmuş dərs keçirildi.Günel Süleymanlı şagirdləri Azərbaycanın hərb tarixi , Zəfər tarixi , eləcə də Antiterror əməliyyatı ilə bağlı faktlarla məlumatlandırdı.Daha sonra şagirdlər videoçarx izlədilər.