MİLLİ MUSİQİ GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında Ağcabədi kəndində anadan olmuşdur. O, müasir Azərbaycan musiqi mədəniyyətinin qurucusu olmuş, milli bəstəkarlıq məktəbinin təməlini qoymuşdur. O, Azərbaycan milli operasının, eləcə də Şərqdə ilk operanın banisidir. O, eyni zamanda, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olmuşdur.

    1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

    Bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın və 4B sinif şagirdlərinin iştirakı ilə Milli Musiqi Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Ülkər Əhmədova şagirdləri dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumatlandırmışdır.  Sonra isə onları bəstəkara həsr olunmuş kitablarla tanış etmiş və əsərlərindən ibarət musiqi nümunələri səsləndirmişdir. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi