DÖVLƏT SUVERENLİYİNİN TƏMİN OLUNMASI

      Hərbi tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür.Qarabağ Zəfərinin davamı olaraq 2023 - cü il sentyabrın 19 - 20 - də  Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü , həm də suverenliyini tam bərpa etdi.Ötən ilin noyabrında Xankəndidə keçirilən Zəfər paradı ölkəmizin gücünün və Ordumuzun qüdrətinin daha bir parlaq nümayişi kimi tarix səhifələrinə yazıldı.Ordumuz düşmənin  bədxah niyyətindən xəbərdar idi və bu dönülməz vəziyyətə son qoymağın vaxtı çatmışdı.Nəyi , nə vaxt etməyi yaxşı bilən Ali Baş Komandan  tərəfindən Ordumuza müvafiq tapşırıq verildi və sentyabrın 19 - da  lokal xarakterli antiterror tədbirləri başladıldı.Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə , cəmi 23 saat ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı.Lokal xarakterli antiterror tədbirləri regionda sülhün bərqərar olmasına misilsiz töhvə verdi.Azərbaycanın inamlı qələbəsi bir daha sübut etdi ki , ölkəmizlə ultimatum dilində danışmaq olmaz.Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi , Azərbaycan ərazisində separatizimin kökü kəsildi.Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri - qanuni silahlı dəstələri tərk - silah edilərək ərazilərimizdən çıxarıldı.

    Bu münasibət ilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 5 - 11 - ci sinif şagirdlərinə videoçarx izlədildi və məlumatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi