MİLLİ MUSİQİ GÜNÜ

        

          Hər il qeyd olunduğu kimi bu il də 18 sentyabr 2024 - cü il tarixi Azərbaycan Milli Musiqi Günü kimi qeyd edilir. Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır.

        Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə musiqi müəllimi Aygün Əliyevanın təşkilatçılığı və 6 B sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Milli Musiqi Günü qeyd olundu.Milli musiqimiz , mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.

        Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsinin əsasını maestro Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edirdi.Mədəniyyət ocaqlarında , musiqi məktəblərində , xüsusilə konservatoriyamızın  - indiki Musiqi Akademiyasının qarşısında Üzeyir Hacıbəyovun şərəfinə onun ölməz əsərlərindən fraqmentlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi