BİLİK GÜNÜ

    

      Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Bilik Günü qeyd olundu.16 sentyabr təkcə Bilik Günü deyil , həm də hər birimizin həyatında yeni başlanğıcın anı və təqvimidir.

    Tədbirimiz Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra məktəbin direktoru Yeganə Məhərrəmova tədbiri açıq elan edərək şagirdləri və müəllimləri Bilik Günü münasibəti ilə təbrik etdi.

    Tədbirin davamında məktəbimizin müəllimləri və valideynləri çıxış edərək öz ürək sözlərini söylədilər.

    Daha sonra birincilər öyəndikləri şeirləri böyük bir həvəslə səsləndirdilər.Zeynallı Əsranın təqdimatında rəqs nümayiş olundu.Sonda ilk zəngvuruldu və şagirdlər  " Ana məktəb "  mahnısının sədaları altında siniflərə daxil oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi