“Xocalı faciyəsi”
22 fevral 2017–ci il “Xocalı faciyəsi”nə həsr olunmuş ümumməktəb tədbiri keçirldi. Tədbiri giriş sozü ilə məktəbin direktoru Nazim Səfərov açdı. Tədbirdə təlim-tərbiyə işlər üzrə direktor müavini Bahar Məmmədova,məktəbin müəllimləri Arifə Məmmədova , Rəna Məmmədova çıxış etdilər.Şagirdlərin ifasında səhnəciklər rnümayiş etdirildi, şeirlər dinlənldi, vətənpərvərlik mövzusunda mahnılar ifa edildi. Qonaqlardan hərbi jurnalst Şəmistan Əlizamanlı geniş çıxışından sonra şagirdlərlə birlikdə vətənpərvərlik mövzusunda bir neçə mahnı ifa etdi. Xocalı tədqiqatçısı Səriyyə Müslümqızının, Tağım komandiri (aprel döyüşlərində yaralanmış) Arzu Məmmədovun, 23 №-li yaradıclıq mərkəzinin direktoru Könül Hüseynovanın, “Şirvanşahlar Sarayı” Dövlət tarixi memarlıq muzeyinin direktor müavini Təranə Balayevanın çıxışları dinlənildi. Xocalı hadisələrinə aid video çarxlar nümayiş etdirildi.