7-Cİ SİNİFLƏRDƏ BÖYÜK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

04.06.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin 7-ci siniflərində Microsoft Teams platforması vasitəsilə Azərbaycan dili fənni üzrə böyük summativ qiymətləndirmə keçirildi. BSQ 45 dəqiqə keçirildi. Şagirdlər onlara təqdim edilən açıq və qapalı tipli sualları cavablandırdılar.