1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ

    1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. 

    Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə kütləvi tədbirlərlə qeyd olunur. 

    Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına tam orta məktəbdə keçirildi. Siniflər bu günə uyğun bəzədildi. Məktəbin həyətində şagirdlər üçün müxtəlif musiqi nümunələri səsləndirildi. Şən klounlar və digər personajlar məktəbin həyətində və siniflərdə şagirdləri əyləndirdilər. 

    Sonda bu tədbirin təşkilində xüsusi rolu olan məktəbin direktoru Yeganə Məhərrəmova şagirdləri bu gün münasibətilə təbrik etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi