FÖVQƏLADƏ HALLAR ZAMANI DAVRANIŞ QAYDALARINA DAİR MAARİFLƏNDİRMƏ

   Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı şəhəri ümumi təhsil müəssisələrində uşaq və gənclərin fövqəladə hallar zamanı ( sudaboğulma, yanğın, dəm qazı təhlükəsi ) davranış qaydalarına dair maarifləndirmə tədbirləri ilə bağlı əmrə əsasən 29.05.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, biologiya müəllimi Şəhla Ramazanovanın, həkim Aygün Məmmədovanın və 9B sinif şagirdlərinin iştirakı ilə maarifləndirici tədbir keçirildi. 

    Tədbirdə iştirak edən məktəbin həkimi Aygün Məmmədova boğulma zamanı ilkin tibbi yardım haqqında məlumat verdi.     

    Şəhla Ramazanova və kitabxana müdiri Ülkər Əhmədova da şagirdlərlərə fövqəladə hallar zamanı davranış qaydaları haqqında maarifləndirici məlumat verdilər, eyni zamanda, bu barədə videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi