CAN AZƏRBAYCAN
27.05.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında 9A sinif şagirdlərinin iştirakı ilə Milli Müstəqillik Gününə həsr olunmuş "Can Azərbaycan" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra isə şagirdlərin ifasında cümhuriyyətin yaranmasına aid səhnəcik, həmçinin cümhuriyyətin süqutuna, silahlı qüvvələrin yaradılmasına aid videoçarxlar nümayiş etdirildi, "Cümhuriyyət", "Can Azərbaycan" mahnıları, Qarabağ şikəstəsi səsləndirildi.
Sonda söz məktəbin direktoru Yeganə Məhərrəmovaya verildi. Yeganə Məhərrəmova 9A sinif rəhbəri Şəhla Hüseynovaya və şagirdlərə öz təşəkkürünü bildirdi.