MİLLİ MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ HƏRBİ BİLİK VƏ BACARIQ YARIŞI
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Milli Müstəqillik Gününə həsr edilmiş silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də hərbi rəhbər Qabil Məmmədov və fiziki tərbiyə müəllimi Elçin Abdullayevin təşkilatçılığı, 10A və 10B sinif şagirdlərinin iştirakı ilə keçirilən iki hissədən ibarət hərbi bilik və bacarıq yarışı olmuşdur. Hərbi oyunlardan ibarət yarışmadan sonra bilik yarışması oldu. Burada İlhan Niftəliyev və Ayla Səfərova iştirak etdi və İlhan Niftəliyev qalib gəldi. Yarışmada yekun olaraq 10A sinfi 77, 10B sinfi isə 83 bal topladı və 10B sinfi qalib oldu.