MİLLİ MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNMUŞ DİVAR QƏZETLƏRİMİZ

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Bu tarixi gün münasibətilə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə silsilə tədbirlər həyata keçirilir. Belə ki, məktəbin bütün sinifləri Milli Müstəqillik Gününə həsr edilmiş divar qəzetləri hazırladılar. Bu qəzetlər məktəbin foyesində sərgiləndi.