11-Cİ SİNİFLƏRDƏ İMTAHAN QABAĞI STRESSİN PROFİLAKTİKASI
Stress, həyəcan da xoşbəxtlik, qorxu, hirs kimi insana məxsus olan və real duyğulardır. Ona yüklədiyimiz mənfi duyğular, stressin nə qədər sıxlıqda yaşanması ilə bağlıdır. Stress insanda zehni, psixoloji, eləcə də fizioloji olaraq bir çox dəyişikliyə səbəb olur. Bu simptomların miqdarından asılı olaraq insan davranışında da müəyyən fərqliliklər özünü büruzə verir.
Yeniyetmələrdə yaranan imtahan qabağı həyəcan da onların fikirlərini toplamalarına, imtahana istədikləri kimi hazırlaşmalarına mane olur. Orta səviyyədə yaranan stress əslində yeniyetmələr üçün motivasiya mənbəyidir. Stress yaşamayan, imtahanı heç düşünməyən biri imtahana necə hazırlaşa bilər? Bir qədər stress varsa, bu o deməkdir ki, şagirdlər məsuliyyətlərini dərk edirlər.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 11-ci siniflərdə imtahan qabağı stressin ortaya çıxması və imtahan zamanı bu stressin idarə olunması məqsədilə profilaktik söhbət apardı.