3A SİNFİNİN MUZEYLƏRƏ EKSKURSİYASI
Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
18 may 2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Fəxriyyə Mustafayevanın və kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı, 3A sinif şagirdlərinin muzeylərə ekskursiyası oldu. Şagirdlər Azərbaycan Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix - Memarlıq qoruq-muzeyində oldular. Müəllim və şagirdlər ekskursiyadan yüksək əhval-ruhiyyə ilə döndülər.