4 VƏ 6-CI SİNİF ŞAGİRDLƏRİNDƏ İMTAHAN STRESSİNİN AZALDILMASI

    

    İmtahan stressi imtahandan əvvəl və ya imtahan vaxtı bacarığın səmərəli istifadə edilməsinə neqativ təsir göstərən narahatlıq halıdır. İmtahan stressi stressin digər formalarında olan vəziyyətlə eynidir, lakin bu cür stressin yaranma səbəbi imtahanla bağlı narahatlıqlardır. Bu, bizdə narahatlıq hissi yaradan istənilən imtahan və ya qiymətləndirmə ilə bağlı ola bilər.

    İmtahan stressi şəxsdə bir çox sferada öz əlamətlərini göstərə bilər. Xüsusən də, emosional, fizioloji, zehni və davranışla bağlı dəyişikliklərin olmasına səbəb olur. 

    18 və 19 may tarixlərində 4 və 6-cı sinif şagirdlərinin monitorinqi keçiriləcək. Bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 4 və 6-cı siniflərdə imtahan stressinin azaldılmasına aid söhbət apardı. Bu söhbətlərin aparılmasında məqsəd şagirdləri monitorinq zamanı yaranacaq neqativ hallar haqqında maarifləndirmək və bu halların aradan qaldırılmasına dair müvafiq tövsiyyələr verməkdən ibarət olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi