BAĞÇA UŞAQLARININ QARŞILANMASI

      14.05.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəb növbəti dəfə bağça uşaqlarını qarşıladı. Uşaqlar sinif otaqları ilə tanış oldular. İbtidai sinif şagirdləri onları mahnı oxuyaraq qarşıladılar və uşaqlara  hədiyyələr təqdim etdilər. Sonra bağça uşaqları məktəbin kitabxanası ilə tanış oldular. Onlar burada "Qoğal" nağılını izlədilər. Daha sonra kitabxana müdiri Ülkər Əhmədova izlədikləri nağıl əsasında uşaqlara suallar verdi. Suallara düzgün və dolğun cavab verən iki şagird qalib oldu və Ülkər Əhmədova onlara hədiyyələr təqdim etdi. Şagirdlər məktəbi çox bəyəndilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi