BAĞÇA UŞAQLARININ MƏKTƏBLƏ TANIŞLIĞI

    13.05.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəb bağça uşaqlarını qarşıladı. Uşaqlar məktəbə musiqi sədaları altında daxil oldular. Sonra sinif otaqları ilə tanış oldular. İbtidai sinif şagirdləri onları mahnı oxuyaraq qarşıladılar və uşaqlara  hədiyyələr təqdim etdilər. Sonda bağça uşaqları məktəbin kitabxanası ilə tanış oldular. Onlar burada hazırladıqları musiqi nümunəsini ifa etdilər və uşaqlara həsr olunmuş filmə baxdılar. Uşaqlar məktəbdən xoş təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi