DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV
Anadan olmasının 101-ci ildönümü tamam olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Sevil Rəhimovanın təşkilatçılığı və 8A sinif şagirdlərinin iştirakı ilə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ümummilli Lider haqqında məlumat verildikdən sonra ona həsr olunmuş şeir və musiqilər səsləndirildi. Sonda şagirdlərin dahi insan Heydər Əliyevin həyat və fəaliyyəti haqqında hazırladıqları videoçarx nümayiş olundu.