ÜMÜMMİLLİ LİDERİN DOĞUM GÜNÜ
Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olmuşdur. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəli aparmışdır
Dahi şəxsiyyətin anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 7A sinfinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi. Tədbir Ulu Öndərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Dövlət Himninin səslənməsi İlə başlandı. Sonra şagirdlər dahi şəxsiyyət haqqında məlumatlar verdilər, ona həsr olunmuş şeir və musiqi nümunələri səsləndirdilər, həmçinin videoçarxlar nümayiş etdirildi.