AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI İLQAR MİRZƏYEVİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİ
07.05.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin həyətində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin büstünün açılış mərasimi oldu. Mərasimdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin ailə üzvləri, xanəndə Kamilə Nəbiyeva, məktəb rəhbərliyi və digərləri iştirak etdilər. Çıxışlardan sonra tədbirin rəsmi hissəsi bitdi. Sonra mərasim Kamilə Nəbiyevanın ifaları və şagirdlərin şeir və musiqi nümunələri ilə davam etdi. Sonda məktəbin direktoru Yeganə Məhərrəmova gələn qonaqlara öz təşəkkürünü bildirdi.