"SƏYYAH BİLGƏ" YARIŞMASI

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə davamlı şəkildə kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə mütaliə saatları keçirilir. Mart ayında 4A sinfinin iştirakı ilə keçirilən oxu saatlarının birində Aynur Cavid və Cəmilə Məmmədlinin müəllifi olduğu "Səyyah Bilgə əsəri mütaliə olundu. Bu əsərdən ilhamlanaraq "Səyyah Bilgə" yarışmasını keçirmək qərara alındı.

    07.05.2024-cü il tarixində məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 4A sinif şagirdlərinin iştirakı ilə "Səyyah Bilgə" yarışması keçirildi. Şagirdlər qlobusu fırladaraq ölkələri tapıb, onlar haqqında məlumat verdilər. Yarışmada İnci Səfərli, Murad Əlizadə və Paşazadə İbrahim qalib oldular. Yarışmanın keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünün artırılması olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi