TURİZM VƏ SOSİAL XİDMƏTLƏR ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNƏ EKSKURSİYA

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 9A və 9B sinif şagirdləri Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə ekskursiya etdilər. Şagirdlərə burada aşpaz, bərbər, dərzi, bərbər-vizajist manikürçü, mühasibat uçotu, kompüter operatoru, əməliyyatçı mühasib, mehmanxana inzibatçısı, turizm təşkilatçısı, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar, qənnadçı-şirniyyatçı, turizm sahəsində iaşə üzrə mütəxəssis, mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, moda dizaynı, saç və gözəllik xidmətləri, geyim üzrə dizayner, sığorta işçisi, kargüzar, florist, xalçaçı, kompüter şəbəkəsi və çəbəkə inzibatçılığı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisasları ilə tanış etdilər. Şagirdlər bu ekskursiyadan böyük təəssüratlarla qayıtdılar.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi