MƏKTƏBDƏ TƏHLÜKƏSİZ MÜHİTİN FORMALAŞMASI İLƏ BAĞLI TƏDBİRLƏR PLANI HAZIRLANIR
MÜTDA-nın “Xüsusi hallar zamanı görülməli işlər barədə” müvafiq əmrini rəhbər tutaraq 29.04.2024-cü il tarixində məktəb kollektivinin iclası keçirildi. Məktəbin direktoru Yeganə Məhərrəmova müvafiq əmrin və məktubun məzmunu ilə məktəb kollektivini tanış etdi.
Şagirdlərin təlim-tərbiyə prosesinə cəlb olunmasının mövcud qanunvericiliyə uyğun aparılması məqsədilə təhlükəsiz mühitin yaradılmasının zəruriliyi vurğulandı. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı daxili intizam qaydalarında müvafiq dəyişikliklərin edilməsi və müvafiq planın hazırlanması istiqamətində işlərin aparılması qarşıya məqsəd qoyuldu.