BOĞULMA HADİSƏSİ ZAMANI DAVRANIŞ QAYDALARI

    Dənizdə çimərkən ehtiyatsız davranışlar təhlükəli nəticələrə səbəb ola bilər. Çimərliklərdə, su hövzələrində təhlükəsizlik qaydalarının pozulması və ehtiyatsızlıq suda boğulma hallarının artması ilə nəticələnir. Vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin akt zalında həkim Aygün Məmmədovanın və şagirdlərin iştirakı ilə "Boğulma hadisəsi zamanı davranış qaydaları" adlı tədbir keçirildi. Tədbirdə Aygün Məmmədova şagirdlərə boğulma zamanı davranış qaydaları haqqında məlumat və tövsiyyələr verdi. Həmçinin bu mövzuda videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi