MƏHƏMMƏD FÜZULİNİN 530 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİ

    25.04.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili müəllimləri Sədaqət Cəfərovanın, Sevil Rəhimovanın, Nəzirə Nəbiyevanın , kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 5-11-ci sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Müsabiqədə şagirdlərdən Mədinə Məmmədova, Azad Lətifov, Zəhra Abdullazadə, Nihad Xanverdiyev, Sevinc İsazadə, Xədicə Məmmədli, Gülgəz Əmirxanova, Vəsmə Şahverdiyeva, Mələk Əliyeva və Zəhra Ələkbərova iştirak etdilər. Onlar M. Füzulinin "Məni candan usandırdı", "Gecələr", "Ey könül, yarı istə, candan keç", "Bağa gir, bülbülü, ərzi-gülü rüxsar eylə", "Əqli yar olsaydı" qəzəllərini səsləndirdilər. Şagirdlərdən Mələk Əliyeva, Vəsmə Şahverdiyeva, Zəhra Abdullazadə və Mədinə Məmmədova final mərhələsinə keçdilər. Sonda müəllim və şagirdlərin rəyi nəzərə alınaraq Vəsmə Şahverdiyeva qalib oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi