11 B SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Məhəmməd Füzuli daha çox Azərbaycan dilində yazılmış əsərləri, xüsusilə də qəzəlləri və eyniadlı Orta Şərq faciəli sevgi hekayəsinin interpretasiyası olan "Leyli və Məcnun" poeması ilə tanınır. Füzulinin poeziyası Azərbaycan dilinin inkişafında müəyyən rol oynamış, onun artıq Azərbaycan klassik poeziyasında daha yüksək incəlik səviyyəsinə çatmasına kömək etmişdir.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə bu böyük söz ustadının anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirlər davam etdirilir. Belə ki, məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Sevil Rəhimovanın, kitabxana müdiri Ülkər Əhmədovanın və 11B sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər Füzulinin həyat və yaradıcılığı haqqında məlumat verildi, xüsusilə "Leyli və Məcnun" poeması təhlil edildi. Həmin əsərdəki qəhrəmanlar ilə müasir dövr gəncləri arasında müqayisələr aparıldı.