BEYNƏLXALQ KİTAB VƏ MÜƏLLİF HÜQUQLARI GÜNÜ

    Hər bir yaradıcı insanın öz əsərinə müəllif hüququ vardır. Bu, vətəndaş hüququnun elm, ədəbiyyat, incəsənət əsərlərinin yaradılması və sonrakı fəaliyyəti ilə əlaqədar münasibətlərini tənzimləyən bir bölməsidir və müəllif hüquqlarının qorunması ilə bağlı beynəlxalq konvensiyalarla tənzimlənir.

    Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur. Bu tədbirin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

    23.04.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ibtidai sinif müəllimi Şamama Xəlilovanın və 4B sinif şagirdlərinin iştirakı ilə bu günə həsr olunmuş tədbir keçirildi. Tədbirdə mütaliə və onun faydaları haqqında videoçarxlar izlənildi. Həmçinin Ülkər Əhmədova şagirdlərə Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü haqqında geniş məlumat verdi. Sonra şagirdlər oxuduqları əsərlər haqqında danışaraq oradakı obrazları təhlil etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi