10 B SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    Məhəmməd Füzulinin adı Azərbaycan tarixinə görkəmli şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olmuşdur. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdır.

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Sədaqət Cəfərovanın, kitabxana müdiri Ülkər Əhmədovanın və 10B sinfinin iştirakı ilə görkəmli söz ustası Məhəmməd Füzuliyə həsr olunmuş növbəti dəyirmi masa keçirildi. Dəyirmi masada şairin həyat və yaradıcılığı haqqında məlumat verildi. Xüsusilə, onun elmi mövzuda yazdığı əsərlər haqqında danışıldı. Həmçinin dahi şair haqqında videoçarxlar izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi