9A SİNİF ŞAGİRDLƏRİNİN İŞTİRAKI İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    Dahi Azərbaycan şairi Məhəmməd Füzuli əsərlərində elmə yüksək qiymət verir, onu insan mənəviyyatını, ləyaqətini yüksəldən, insan azadlığına kömək edən bir vasitə hesab edərək yazırdı: “Elmdir bais rifayət xalq” (Xalqın rifahı elmdədir).

    Bu il elmi, sözü yüksək qiymətləndirən dəyərli şairimizin anadan olmasının 530 illik yubileyi qeyd olunur.

    Bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Sevil Rəhimovanın və 9A sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada şairin yaradıcılığı, xüsusilə dəyərli aforizmləri təhlil edildi və ümumiləşmələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi