11 A SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA
Füzuli, böyük sələfləri kimi yalnız şair deyil, həm də mütəfəkkir оlmuş və bir çox mənbələrdə Molla Məhəmməd Bağdadi adı ilə də tanınmışdır. Onun yaradıcılıq çırağı sоn dərəcə zəngin və rəngarəng olmuşdur. Özünü təfəkkür atəşi içində əridən mütəfəkkir Azərbaycan əruzunun оrta əsrlərdə ən parlaq və dahiyanə nümunələr yaradan qiymətli əsərlərini ana dilində yaratmış, bununla yanaşı, ərəb və fars dillərində də klassik bədii nəsrin gözəl nümunələrini yazmışdır.
Bu dahi insanın və onun yaradıcılığının daim yaşaması və gələcək nəsillərə çatdırılması üçün kütləvi tədbirlər həyata keçirilir. Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında növbəti belə tədbir 11A sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi.
Belə ki, Azərbaycan dili müəllimi Sədaqət Cəfərovanın və kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə Məhəmməd Füzuliyə həsr olunmuş dəyirmi masada şagirdlər şairin yaşadığı dövr ilə müasir dövrü qarşılaşdırdılar. Xüsusilə onun "Leyli və Məcnun" əsəri, buradakı obrazlar təhlil olundu," Leyli" və "Məcnun " obrazları ilə müasir Azərbaycan gəncləri müqayisə olundu.