10 A SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

  Məhəmməd Füzuli  Şərq poeziyasında böyük fəlsəfi  fikir və düşüncələri, həqiqəti məhəbbətin dili ilə şərh və bəyan edən görkəmli və dəyərli şair və alimdir.

  Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə bu böyük söz ustadının anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq keçirilən tədbirlər davam etdirilir. Belə ki, məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Nəzirə Nəbiyevanın, kitabxana müdiri Ülkər Əhmədovanın, ingilis dili müəllimi Şəlalə Kərimovanın və 10A sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər Füzulinin elmi mövzuda yazılmış, tərcümə və digər əsərlərini təhlil edərək, onun necə böyük alim olduğunu göstərdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi