10 B SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ AÇIQ DƏRS
19 aprel 2024- cü il tarixində 10 B sinfində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş açıq dərs keçirildi. “Füzuli yaradıcılığında sözün dəyəri” mövzusunda keçirilən aşıq dərsdə şagirdlər dövrün tələbinə görə ana dilində yazmağın çətinliyinə baxmayaraq, şairin ədəbiyyatımızda sözü hansı zirvələrə qaldırması haqqında fikirlərini bildirdilər. Mədinə Məmmədova, Ziba Hüseynova və digər şagirdlər şairin şeirlərindən nümunələr söylədilər və fikirlərini əsaslandırdılar. Eyni zamanda, Füzuli yaradıcılığına ümumi nəzər salındı.Dəyirmi masada məktəbin direktoru Yeganə Məhərrəmova və kitabxana müdiri Ülkər Əhmədova iştirak etdilər.