8A SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    

    Füzuli, böyük sələfləri kimi yalnız şair deyil, həm də mütəfəkkir оlmuş və bir çox mənbələrdə Molla Məhəmməd Bağdadi adı ilə də tanınmışdır. Onun yaradıcılıq çırağı sоn dərəcə zəngin və rəngarəng olmuşdur. Özünü təfəkkür atəşi içində əridən mütəfəkkir Azərbaycan əruzunun оrta əsrlərdə ən parlaq və dahiyanə nümunələr yaradan qiymətli əsərlərini ana dilində yaratmış, bununla yanaşı, ərəb və fars dillərində də klassik bədii nəsrin gözəl nümunələrini yazmışdır.

Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şeirin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir.

    Bu dahi sənətkarın əsərlərini təbliğ etmək məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında Azərbaycan dili müəllimi Sevil Rəhimovanın, kitabxana müdiri Ülkər Əhmədovanın və 8A sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında danışıldı. Sonra onun qəzəlləri mütaliə edildi və təhlil olundu. Eyni zamanda, şair haqqında videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi