"YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK " AKSİYASI
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə, ölkə miqyasında "Yaşıl dünya naminə həmrəylik" adlı silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə keçirilmişdir. Belə ki, məktəbin həyətyanı sahəsində bütün siniflərin iştirakı ilə ağac və gül kolları əkildi, digər ağacların dibləri belləndi. Məktəbin bütün müəllim və şagird heyəti bu aksiyada fəal iştirak etdi.