MƏKTƏBDƏ "LEYLİ VƏ MƏCNUN" FİLMİNİN NÜMAYİŞİ
Məhəmməd Füzuli dünya ədəbiyyatı tarixində xüsusi yeri tutan şair və alımlərdən biridir. Onun yaratdığı əsərlər dövrümüzə qədər gəlib çatmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvinin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmayaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir.
Füzulinin bu əsərinin motivləri əsasında rejissor Lətif Səfərov 1961-ci ildə "Leyli və Məcnun" filmini lentə almışdır. Bu film hər zaman diqqətləri özünə çəkmişdir.
Məhz buna görə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 10A və 10B sinif şagirdlərinin iştirakı ilə "Leyli və Məcnun" filminə baxıldı. Şagirdlər filmdən böyük zövq aldılar.