7A SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

      Azərbaycan xalqının dünya bəşər tarixinə bəxş etdiyi ən nadir simalardan biri Məhəmməd Füzulidir. Məhəmməd Füzuli Azərbaycan xalqının əbədiyaşar şairi, Azərbaycan şeirinin günəşidir. Onun yaradıcılığı tükənməz bir xəzinədir. 

    Bildiyimiz kimi, bu il dahi şairin 530 illik yubileyi ölkə miqyasında kütləvi şəkildə qeyd edilir.

    Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə də Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş kütləvi tədbirlər keçirilir. Belə tədbirlərdən biri də məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Sədaqət Cəfərovanın və 7A sinfinin iştirakı ilə baş tutdu. Tədbirdə şagirdlərə Məhəmməd Füzuli yaradıcılığı haqqında məlumat verildi, bu mövzuda videoçarxlar izlənildi. Sonda isə şagirdlərlə Füzuli yaradıcılığı haqqında fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi