NİZAMİ GƏNCƏVİNİN TƏBİƏTİ MÜHAFİZƏ KONSEPSİYASININ AKTUALLIĞI

    Dünya ədəbiyyatının beş ən görkəmli şairi sırasına daxil edilən dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri bütün dövrlərdə müasirdir, onun toxunduğu məsələlər həmişə öz aktuallığını saxlamışdır. Bu gün də nizamişünaslıqda yeni fikirlər söylənilir, şairin yaradıcılığı üzərində hələ də tədqiqatlar aparılır, araşdırılır.

    Təbiətşünas alim kimi də onun fikirləri zəmanəmizdə çox dəyərlidir. Mütəfəkkir şairin qəzəl və qəsidələrindən tutmuş, ölməz “Xəmsə”sinə qədər bütün əsərlərində insanın ekoloji tərbiyəsi ən önəmli yerdə dayanır. Nizami bu məsələni diqqət mərkəzində saxlayaraq insanları təbiəti ümumbəşəri sərvət kimi qorumağa çağırır.

    Dahi şairimizin bu örnək irsi və əsərlərində qoyulan təbiəti mühafizə məsələsi Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında keçirilən tədbirdə vurğulandı. Belə ki, kitabxana müdiri Ülkər Əhmədova 8A sinfinə "Nizami Gəncəvinin təbiəti mühafizə konsepsiyasının aktuallığı" adlı mühazirə oxudu və mövzu ətrafında müvafiq müzakirələr apardı. Sonra isə ekologiya mövzusunda videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi