NİZAMİNİN EKOLOJİ DÜNYAGÖRÜŞÜ

Ekologiya bir elm kimi XIX əsrin II yarısında meydana gəlmiş, problem kimi XX əsrin əvvəllərindən başlayaraq diqqəti cəlb etmişdir.
Bəşəriyyətin nəhəng simalarından olan, Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 870 il öncə insanın ətraf mühitə təsir formaları, təbiətin qorunması, həyatın yaranması və s. barədə söylədiyi ekoloji fikirlər böyük marağa səbəb olur. Əsasən XII əsrdə yaşayıb-yaratmış böyük Nizami nəinki özündən sonrakı sələfləri üçün zəngin ədəbi irs, həmçinin elmin müxtəlif sahələrini əhatə edən külli miqdarda tədqiqat materialı qoyub getmişdir.
Nizami Gəncəvi əsərlərində ekoloji problemləri göstərmək məqsədilə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova 9A sinif şagirdlərinə "Nizaminin ekoloji dünyagörüşü" adlı mühazirə oxudu. Həmçinin şagirdlər ekologiya mövzusunda videoçarxlar da izlədilər.