ERKƏN VƏ QOHUMLARARASI NİKAHIN FƏSADLARI

    

     Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin psixoloqu Ramilə Teymurova 17.04.2024 tarixində 8 və 9-cu sinif şagirdləri ilə “Erkən nikahın fəsadları” və “Qohumlararası nikahın  fəsadları” mövzusunda proflaktik söhbət aparıldı.

      Şagirdlərə  ailə qurmağın  vacibliyini və bu işin insanda  müəyyən hazırlıq səviyyəsi tələb edildiyini izah edildi. Ailə məsuliyyətinin formalaşması gənclərdən həm vaxt, həm də ünsiyyət və davranış mədəniyyəti tələb edir. Nigaha daxil olmaq üçün yetkinlik yaşına çatmaq, müəyyən təhsil və peşə səviyyəsinə malik olmaq, seçilmiş şəxslə ər-arvadlıq və ailə borcu kimi məsələlərdə yekdillik, etik-psixoloji mədəniyyətə yiyələnmək, evdarlıq qabliyyəti, ailənin müstəqil maddi həyatını qurmaq imkanı, tərbiyə bacarığı və s. lazımdır.  

      Seminarda qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın genlərinin sürətini daşıyırlar. Qohumlararası evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur. Qohumlararası nikahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 faiz qohumlararası evliliklərdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi