6B SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

    Dünya klassikləri sırasında ensiklopedik biliyi, dəyərli bədii-fəlsəfi irsi ilə seçilən ölməz söz ustası Füzulinin Azərbaycan, ərəb və fars dillərində yaratdığı əsərlər ümumbəşəri mənəvi dəyər və sərvətlər xəzinəsinə əbədi daxil olmuşdur.     

    Məhəmməd Füzulinin 530 illik yubileyinin əsaslı hazırlanması və dövlət səviyyəsində keçirilməsi şairin xatirəsinə dərin ehtiram və məhəbbətin ifadəsi olmaqla Azərbaycan xalqının qədim və yüksək mədəniyyətinin bütün dünyada təbliği və tərənnümünə xidmət edir.

    Bu məqsədlə, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədova, Azərbaycan dili müəllimi Sədaqət Cəfərova və 6B sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Ülkər Əhmədova və Sədaqət Cəfərova tərəfindən şagirdlərə Məhəmməd Füzuli haqqında geniş məlumat verildi. Sonra isə şairin "Söz" və "Məni candan usandırdı" qəzəli təhlil olundu. Burada əsərlər haqqında maraqlı fikirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi