5A SİNFİ İLƏ MƏHƏMMƏD FÜZULİ YARADICILIĞINA HƏSR OLUNMUŞ DƏYİRMİ MASA

Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi ilə əlaqədar olaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, Azərbaycan dili müəllimi Sevil Rəhimovanın və 5A sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Ülkər Əhmə
dova və Sevil Rəhimova şagirdlərə Məhəmməd Füzulinin yaşadığı dövr və mühit, onun həyatı və əsərləri haqqında məlumat verdilər. Sonra şairə həsr olunmuş sənədli film izlənildi.