MƏHƏMMƏD FÜZULİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT KİTAB SƏRGİSİ
Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. Bu il dahi şairin anadan olmasının 530 illiyi ölkə miqyasında kütləvi şəkildə keçirilir.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə də dahi şairə həsr olunmuş tədbirlər keçirilir. Belə ki, məktəbin kitabxanasında aprel ayı ərzində kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə Məhəmməd Füzulinin əsərlərindən ibarət kitab sərgisi keçirilir. Şagirdlər dahi şairin əsərləri ilə yaxından tanış olur, onları mütaliə edirlər.