"YENİYETMƏLƏRİN SİRLƏRİ" ADLI SEMİNAR

    

   Reproduktiv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

          Ümumtəhsil müəssələrində  “Reproduktiv sağlamlıq”  mövzusunda silsilə məşğələlərin davamı olaraq bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə  psixoloq Ramilə Teymurova tərəfindən 9- cu siniflərin qızları ilə “Yeniyetmələrin sirləri”  başlığı altında seminar təşkil olundu.

     Seminarda qızlarda baş verən cinsi yetişkənlik və fiziki dəyişiklik , qadının reproduktiv sistemi haqqında məlumat verildi.Cinsi yetişkənlik – qız və oğlanın yetkinliyə keçid dövrünün bir əlamətidir. Cinsi yetişkənlik yeniyetməlik dövrünün əvvəlində başlayır, adətən 9-14 yaşlarında baş verir. Cinsi yetişkənlik dövründə mürəkkəb proseslər yalnız cinsiyyət orqanlarında deyil, bütün orqanizmdə gedir və bir çox fiziki dəyişikliklərə səbəb olur. Seminar çərçivəsində reproduktiv sağlamlığa dair slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi