MƏHƏMMƏD FÜZULİYƏ HƏSR EDİLMİŞ DƏYİRMİ MASA

    

    Azərbaycanın məşhur Bayat tayfasından olduğu söylənilən Məhəmməd Füzuli divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınır. O, Nəsimidən sonra ana dilimizdə Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdır. Füzulinin əsərləri Azərbaycanda beş cilddə nəşr edilmişdir.

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında olmuşdur. Məktəbin kitabxana müdiri Ülkər Əhmədova 5B sinfi ilə Məhəmməd Füzuliyə həsr olunmuş dəyirmi masa keçirmişdir. Dəyirmi masada Məhəmməd Füzuli haqqında məlumat, Ümummilli Lider Heydər Əliyevin dahi şair haqqında fikirləri, "Leyli və Məcnun" filmindən fraqment nümayiş etdirilmiş,  Füzuli kantatası səsləndirildir. Şagirdlər də öz növbəsində şair haqqında məlumatlar səsləndirdilər, onun əsərlərini mütaliə etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi