MİNİATÜR KİTAB MUZEYİNƏ EKSKURSİYA

    

    07.04.2024-cü il Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mehriban Şəmiyevanın, kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı və 7B sinif şagirdlərinin  Miniatür Kitab Muzeyinə ekskursiyası oldu. Bələdçi şagirdlərə muzeydə  145 kv.m sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı)  5800-dən çox minikitab, o cümlədən Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayiş etdirildiyini bildirdi.

    Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının dərci olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75×0,75 mm və 3-nün ölçüləri isə 2×2 mm təşkil edir, eləcə də Alman nəşriyyatlarının olan mikrokitablardan: 1-nin ölçü­ləri 2,0×2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5×3,5 mm (Münhen) olan kitablar hesab edilir.

    Şagirdlər ekskursiyadan gözəl təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi