APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ SİNİF TƏŞKİLAT SAATLARI

    2016-cı ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri düşmən birləşmələrinə qarşı sarsıdıcı zərbələr endirdi. Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını, müasir silahlardan peşəkarcasına istifadə bacarığını və yüksək nizam-intizama malik olduğunu hər kəsə nümayiş etdirdi. Aprel döyüşlərinin əsas əhəmiyyəti düşmən üzərində uzun illərdən sonra qazanılan mənəvi-psixoloji üstünlükdür. Əldə edilən bu mənəvi-psixoloji üstünlüyün cəmiyyətin bütün təbəqələrinə sirayət etməsi və gələcək nəsillərə çatdırılması olduqca vacibdir.

    05.04.2024 - cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 1 - 11 - ci sinif şagirdlərinə bu mövzuda sinif təşkilat saatı keçirildi.Təşkilat saatında şagirdlər şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.Daha sonra şagirdlər videoçarx izlədilər və Aprel döyüşləri haqqında məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi