APREL DÖYÜŞLƏRİNƏ HƏSR OLUNMUŞ ESSE

    Aprel döyüşləri Azərbaycan ordusunun gücünü bütün dünyaya nümayiş etdirən, xalq-ordu-rəhbər birliyinin möhkəmliyini, Azərbaycan xalqının işğalla heç vaxt barışmadığını bir daha təsdiqləyən şanlı qəhrəmanlıq səhifəmizdir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.Tarixə “Dördgünlük müharibə” adı ilə düşən aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Bu uğurlu döyüşlər Silahlı Qüvvələrimizin gələcəkdə qazanacağı qələbələrin  başlanğıc nöqtəsi oldu.

    Bu şanlı tariximizin növbəti ildönümü ilə əlaqədar olaraq, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə həmin məktəbin 7B sinif şagirdlərinə Aprel döyüşlərinə həsr olunmuş esse yazdırıldı. Şagirdllər esselərdə faktları göstərməklə yanaşı, bu tarixi döyüşlərə olan münasibətlərini bildirdilər, onu şanlı Zəfərimizin başlanğıcı kimi qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi