VƏTƏN MÜHARİBƏSİNƏ CIĞIR AÇAN APREL DÖYÜŞLƏRİ

    

    Azərbaycan Ordusunun 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı - Aprel döyüşlərindən 8 il ötür. Parlaq tarixi qələbəmizdən olan, hərb tariximizə qızıl hərflərlə yazılan, qəhrəman oğullarımızın misilsiz şücaəti ilə qazanılan şanlı Aprel döyüşləri bütün dünyada dövləmizin, xalqımızın gücünü, qələbə əzmini nümayiş etdirdi.

    03.04.2024-cü il tarixində Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin kitabxanasında sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Aygün Abdullayevanın,  kitabxana müdiri Ülkər Əhmədovanın, biologiya müəllimi Şəhla Ramazanovanın və 9B sinif şagirdlərinin iştirakı ilə Aprel döyüşlərinə həsr olunmuş " Vətən müharibəsinə cığır açan Aprel döyüşləri " adlı tədbir keçirildi. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra Aprel döyüşlərinə aid məlumat, şeirlər, musiqi nümunələri səsləndirildi və videoçarxlar nümayiş etdirildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi