31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ BƏDİİ ƏDƏBİYYATDA
Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir.
Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə yeksan edilmişdir.
Bütün bu dəhşətli hadisələrin şahidi olmuş ədiblərimiz onları öz əsərlərində təsvir etmiş, gələcək nəsillərə çatdırmağı özlərinə borc bilmişlər.
31 Mart Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli məktəbdə də anıldı. Belə ki, məktəbin kitabxana müdiri Ülkər Əhmədovanın təşkilatçılığı ilə 8A sinfində Cəfər Cabbarlının bu soyqırıma həsr olunmuş "Əhməd və Qumru" əsəri mütaliə olundu. Şagirdlər əsərdə həmin dövrdə azərbaycanlıların başına gətirilmiş müsibətləri gözləri qarşısında canlandırdılar. Sonra isə bu əsər və soyqırım haqqında fikir mübadiləsi apardılar.